Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

Son xəbərlər

“Turizm ili”nin yekunları
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci il “Turizm ili” elan ...

Abdulla Şaiqin 60-cı ildönümü münasibətilə tədbir keçiriləcək
Fevralın 24-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 60-cı ...

Pirşağı qəsəbə Mədəniyyət evi tədbir keçirəcək
Fevralın 25-də, saat 13.00-da Pirşağı qəsəbə Mədəniyyət evi qəsəbədə yerləşən “Abşeron” ...

Prezident: “Koroğlu abidəsinin ucaldılması tarixi ədaləti əks etdirir”
"Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir."

Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Fevralın 25-də, saat 12.00-da M.Əzizbəyov adına Əmircan qəsəbə Mədəniyyət evi 97 saylı orta məktəbdə tədbir ...

Xocalısız 20 il
Fevralın 24-də, saat 11:30-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq ...

Dünya operasının ulduzu Bakıya gəlir
Martın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” tamaşası səhnələşdiriləcək.

Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
Ölkə başçısı İlham Əliyev bir qrup şəxsə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam ...

Azərbaycanlı kino həvəskarları çəkdikləri qısametrajlı bədii filmi Kann festivalına göndərəcəklər
“Ultra Production” şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı kino həvəskarı qısametrajlı bədii film üzərində ...

Tədbirlər Planı
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət ...



Arxiv

Fevral 2012 (122)
Yanvar 2012 (80)
Dekabr 2011 (58)
Noyabr 2011 (24)
Oktyabr 2011 (13)
Sentyabr 2011 (7)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Kitabxana haqqında məlumat


Xətai rayonu haqqında ümumi məlumat


Kitabxana haqqında məlumat


Xətai rayonu 1904-cü ildə yaradılıb və ilk adı Zavodskaya olub, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır.
1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. Bu rayonun əhalisi 239456 nəfər, ərazisi 31.2 kv.km, əhalinin sıxlığı 1 kv.km-ə 7982 nəfərdir.
Rayonun ərazisində bir sıra iri sənayə müəssisələri o cümlədən “ Azərneftyağ NEZ”, “Xəzərdənizneftdonanması” idarəsi, Təcrübə sənaye Zavodu, Neft kəmərləri İdarəsi fəaliyyət göstərir. Rayonda 37 orta məktəb, 44 uşaq baxçası, 2 uşaq evi, 15 poliklinika insanların təlim tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində dayanır. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına Xəstəxana, “Azəriqaz” ASC və s.

Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat



Rayon ərazisində eyni zamanda 3 hərbi məktəb:
• C. Naxçıvanski adına Hərbi lisey
• Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
• Dövlət Sərhəd Xidməti Akademiyası fəaliyyət göstərir.
Rayonda 1 kollec, 1 gimnaziya, 17 dövlət, 6 Özəl tibb müəssisəsi, 1 kinoteatr, 2
Mədəniyyət və istirahət parkı, 5 musiqi məktəbi, 3 mədəniyyət evi, 1 Mədəniyyət Mərkəzi, 1 kitabxana-klub və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan 5 kitabxana əhaliyə xidmət göstərir.

Kitabxana haqqında məlumat


Kitabxana haqqında məlumat


Rayonda AFFA idman Federasiyası, Sərhədçi İdman Olimpiya Mərkəzi və 11 idman klubu fəaliyyət göstərir


Kitabxana haqqında.


Kitabxana haqqında məlumat


Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Sovet İKP MK-nın 1974-cü ildə qəbul etdiyi “Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarından sonra rayon ərazisində fəaliyyət göstərən kitabxanaların bazasında 1975-ci ildə Bakı şəhərində ilk və yeganə sistem kimi eksperiment olaraq yaradılmışdır.
1985-ci ildə hal-hazırda kitabxana-klub kimi fəaliyyət göstərən filial ayrılaraq Azərbaycan Mədəniyyət Nazirinin əmri əsasında Sabir adına kitabxana-klub yaradılmışdır. 1986-cı ildə MKS Mərkəzi Kitabxanası hal-hazırda yerləşdiyi M.Hadi küçəsi 41a –ünvanında yeni inşa olunmuş 2 mərtəbəli binaya köçürülmüş və Mərkəzi Kitabxanaya görkəmli Azərbaycan şairi S.Vurğunun adı verilmişdir. 1987-ci ildə isə Azərbaycan SSR Mədəniyyət Nazirinin əmrinə əsasən Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının bazasında Bakı şəhəri Mərkəzi İncəsənət Kitabxanası yaradılmış və burada İncəsənət və Fonoteka və digər şöbələr fəaliyyətə başlamışdır.
1991-ci ildə Nizami rayon ərazisində fəaliyyət göstərən filiallar Xətai rayonundan ayrılaraq Nizami rayon MKS-i təşkil olunmuşdur.
Xətai rayon MKS-i fəaliyyət göstərdiyi vaxtdan hal-hazıra kimi əhalinin kitabxana-informasiya tələbatının dolğun ödənilməsi üçün MKS-in maddi texniki bazasının güclənməsi, fondların lazımi ədəbiyyatla komplektləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının müntəzəm artırılması, mədəni-kütləvi tədbirlərin keçirilməsi, yeni texnologiyaların tətbiqi, şəhərin və rayonun ictimai-siyasi həyatında fəal iştirakı və s. sahələrdə səmərəli fəaliyyəti ilə seçilmişdir.
MKS-də 2003-cü ildə Beynəlxalq təşkilatların köməyi ilə Resurs İnformasiya Mərkəzi yaradılmış və yüzlərlə sakin pulsuz kompüter və internet kursları keçərək biliklərə yiyələnmişlər.
2006-cı ildən Xətai rayon MKS-də Bakı şəhər kitabxanaları içərisində ilk dəfə olaraq yeni texnologiyaların tətbiqinə başlanılmış, Elektron Resursların yaradılması şöbəsi yaradılmış və M.F.Axundov adına Milli Kitabxananın metodik köməkliyi ilə ABŞ-ın VTLS-virtua proqramı əsasında elektron kataloqun yaradılmasına başlanmış və hal-hazırda fondun 50%-ə qədəri kompüterin yaddaşına köçürülərək oxucuların istifadəsinə verilmişdir. 2007-ci ildə şəhər kitabxanaları içərisində ilk olaraq MKS-in saytı yaradılmış və fəaliyyətə başlamışdır.
MKS-in kitab fondunda müxtəlif məzmunda və dillərdə 228555 nüsxə ədəbiyyat vardır. Oxucuların sayı 31332 nəfərdir. İl ərzində oxuculara kitab verilişi 545810 olmuşdur.
İl ərzində MKS 19-dan artıq dövrü nəşrlərə abunə olur və 4000-dən artıq ədəbiyyat alınaraq kitabxana qaydasında işlənərək oxucuların istifadəsinə verilir, 100-dən artıq müxtəlif tipli kütləvi tədbirlər keçirilir.
Hazırda kitabxanalara dövlət tərəfindən göstərilən diqqət və qayğı bu sahənin inkişafı ilə əlaqədar Dövlət başçısı cənab İ.Əliyev tərəfindən bir-birinin ardınca verilən çoxsaylı sərəncam və qərarlar, o cümlədən Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı bu sahənin inkişafına xüsusi təkan vermiş və kitabxana işçilərini daha məsuliyyətlə çalışmağa, yeni nailiyyətlər əldə etməyə ruhlandırmışdır.
Xətai rayon MKS-i S.Vurğun adına Mərkəzi Kitabxana və 4 filialdan ibarət fəaliyyət göstərir.
MKS-in Mərkəzi Kitabxanasında 8 şöbə vardır. Şöbələr:

1. Oxuculara xidmət şöbəsi, o cümlədən (Rus və Azərbaycan abonementi).: Şöbə müdiri: Mövsümova Ruqiyyə İsgəndər qızı
2. Qiraət şöbəsi(oxu zalı): Şöbə müdiri: Əhmədova Vüsalə Rza qızı
3. İncəsənət və fonoteka şöbəsi: Şöbə müdiri: Quliyeva Səidə Əyyub qızı
4. Uşaq şöbəsi: Şöbə müdiri: Cəlilova Şahnaz Vəliyyədin qızı
5. Kitabişləmə və komplekləşdirmə şöbəsi: Şöbə müdiri: Əliyeva Rəmziyyə Fevral qızı
6. Metodika və biblioqrafiya şöbəsi: Şöbə müdiri: Məmmədova Fərəhnisə Rüstəm qızı
7. Vahid fond və Kitabxanalararası abonoment şöbəsi KAA: Şöbə müdiri: Mürşüdova Səadət Eynulla qızı
8. Elektron- informasiya xidməti şöbəsi: Şöbə müdiri: Dəmirçiyeva Səidə İslam qızı

Xətai rayon MKS-n Direktoru: Quliyev Oruc İslam oğlu
Direktor müavini:Atayeva Elmira Sultan qızı

MKS-in Mərkəzi Kitabxanası və filialları hər gün saat 9:00-dan 18:00-dək, yay vaxtı isə 10:00-dan 19:00- dək işləyir.
Hər ayın axırıncı günü təmizlik günü, saat 13:00-dan 14:00-dək fasilə vaxtıdır.
Xətai rayon MKS-i Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 41a ünvanında yerləşir.
Əlaqə telefonu: (012)374-79-46
Poçt indeksi: 1149-dur.
Elektron ünvan: mks-xatai@mail.ru


Xətai rayon MKS-in Mərkəzi kitabxanası və filialları haqqında ümumi məlumat

Mərkəzi Kitabxana
Kitabxana haqqında məlumat


Xətai rayon MKS-i S.Vurğun adına Mərkəzi Kitabxana və 4 filialdan ibarət fəaliyyət göstərir.
MKS-in S.Vurğun adına Mərkəzi Kitabxansı 1986-cı ilə kimi Naxçıvanski küçəsi 90 ünvanında, 1986-cı ildən isə M.Hadi küçəsi 41a ünvanında yerləşir.
Mərkəzi Kitabxana 70 minə qədər fondu ilə il ərzində 9167 oxucuya xidmət göstərmiş, oxuculara kitab verilişi 90781 nüsxə olmuşdur. İl ərzində MK-ya 1000-dən artıq ədəbiyyat daxil olur.
MK-nəzdində olan 8 şöbə və icma resurs informasiya mərkəzi vasitəsilə oxuculara səmərərli kitabxana-biblioqrafiya xidməti göstərir. İl ərzində MK-da müxtəlif tədbirlər həyata keçirilir.
Mərkəzi kitabxanada müxtəlif dərnəklər, o cümlədən “Gənc Turist’’və “Fəal oxucu’’ klubları fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi dövrdə Mərkəzi kitabxana həm özünün, həm də filialların maddi texniki bazasının möhkəmləndirilməsi, fondların daha aktuallıq kəsb edən nəşrlərlə zənginləşdirilməsi, həmçinin istifadəyə yararsız ədəbiyyatdan təmizlənməsi, kadrların seçilib yerləşdirilməsi və mütəmadi olaraq ixtisaslarının artırılması, müxtəlif kütləvi tədbirlərin keçirilməsi, infomasiyalaşdırılmış cəmiyyət şəraitinə uyğun yeniliklərin kitabxanalara tətbiq olunması, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı, MKS-in gündəlik fəaliyyətində qarşıya çıxan problemlərin həll edilməsi və s. sahələrdə uğurla fəaliyyət göstərmiş, rayon əhalisinə xidmətin keyfiyyətini daim artırmağa çalışmışdır.

Ünvan: M.Hadi küçəsi 41a
Tel: (012) 374-79-46
Poçt indeksi: 1149-du

    11-05-2011, 23:46    Çap et